“Fransa və Niderland hazırda beynəlxalq məkanda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən dövlətlərin sırasına daxildir. Bu iki dövlət Qərbin ermənipərəst siyasi dairələri arasında aparıcı mövqelər tutan dövlətlərdir. Rəsmi Bakı da bu böhtanlara hər zaman prinsipial şəkildə cavab verməyə davam edir. Prezident İlham Əliyevin COP29 tədbirində bu iki dövləti tənqid etməsi tamamilə doğru addım idi”.
Bu sözləri Demokrat.az-a politoloq Elçin Xalidbəyli deyib:
“Bütün dünyaya ədalət, demokratiya və insan haqlarından dərs keçməyə çalışan iki ölkə hazırda müstəmləkəçilik siyasəti ilə məşğul olan iki əsas dövlətdir. Həm Fransa, həm də Niderland başqa ölkələri və xalqları müstəmləkə altında saxlayırlar. Afrika və digər bölgələrdə bir çox xalqları müstəmləkə altında saxlamaqla insanların hüquqlarını kobud şəkildə pozurlar. Həmin ölkələrdə zorakılıq hallarını ən yüksək həddə çatdırılar. Milli sərvətləri talayıb, sərvətlər hesabına öz rifah hallarını ən yüksək səviyyədə saxlayırlar. O da məlumdur ki, Fransa və Niderland müstəmləkə etdikləri ölkələrin ərazilərinin çirkləndirilməsi, təbiətinə ağır zərbə vurulmasında da ön sıralarda yer alırlar”.
Politoloq vurğulayıb ki, Azərbaycan Prezidentinin həmin ölkələrin təbiətinə vurulan zərərlər haqqında danışması tamamilə normaldır:
“COP29 iqlim dəyişikliyi ilə mübarizə tədbiridir. Dünyada təbiətə zərbə vuranlar, iqlim dəyişiminə zəmin yaradanlar açıq şəkildə göstərilməli idi. Fransa həmin ölkələrdə hətta nüvə sınaqları belə keçirib. Yaşama imkanlarını on illərlə azaldacaq işlər görülüb. Dünyada hər kəs həqiqətləri görməlidir. Bu həqiqətləri də Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya çatdırır”.
Əfsanə Kamal
Demokrat.az