Yaponiya ilə Rusiya arasında sülh müqaviləsinin nə zaman bağlanacağı açıqlanıb

DÜNYA 05 noyabr 2024, 18:37
Ukraynada münaqişə başa çatdıqdan sonra Rusiya və Yaponiya arasında sülh müqaviləsi imzalana bilər.  

Demokrat.az  xəbər verir ki, bu fikri Yaponiyanın Rusiya Federasiyasındakı səfiri  Akira Muto bildirib.

Səfirin sözlərinə görə, Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsini müzakirə etmək üçün Ukraynada münaqişənin bitməsini gözləyir.

Bundan sonra Yaponiya ümid edir ki, bu məsələdə hər iki tərəfdən hərəkət başlayacaq.

Hazırda Rusiya və Yaponiya arasında sülh müqaviləsi yoxdur. O, İkinci Dünya Müharibəsindən sonra Cənubi Kuril adalarında adaların mülkiyyəti və statusu ilə bağlı uzun sürən mübahisə səbəbindən imzalanmayıb.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top