Müdafiə Nazirliyi gələn il də Rusiya mətbuatına abunə olmayacaq — SİYAHI

İQTİSADİYYAT 05 noyabr 2024, 17:40
Azərbaycan Müdafiə Nazirliyi 2025-ci ildə dərc olunacaq qəzet və jurnalların satın alınması ilə bağlı tender müsabiqəsi (Açıq tender) elan edib.

Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyi satın alacağı 13 adda qəzet üçün 161 min 827 manat 20 qəpik (ehtimal olunan qiymət) ödəməyi nəzərdə tutur. 

Məlumat üçün qeyd edək ki, Müdafiə Nazirliyi bu ilin əvvəlində 2024-cü ildə dərc olunacaq qəzetlər üçün  “Səma Mətbuat Yayımı” MMC-yə 157 min 644 manat 72 qəpik ödəyib.

Onu da qeyd edək ki, Müdafiə Nazirliyi 2023-cü ildə satın alacağı qəzetlərlə bağlı tender elanı verən zaman 34 adda qəzet və jurnal alacağını açıqlamışdı. Həmin vaxt Müdafiə Nazirliyinin almaq istədiyi qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-dən başqa heç bir ölkənin mətbu nəşri olmayıb.

Nazirliyin 2023-cü ildə satın almaq istədiyi nəşrlərin 14-ü yerli, 20-si isə Rusiya KİV-in məhsulları olub. Bu barədə ilk dəfə 2022-ci ildə Yeniavaz.com saytı məlumat yayıb. Bu məlumat yayıldıqdan sonra (növbəti ildə) Müdafiə Nazirliyi Rusiya qəzet və jurnallarını almaqdan imtina edib.

Qeyd edək ki, son 2 ildə Müdafiə Nazirliyinin satın aldığı qəzet və jurnalların (qırmızı şriftlə verilənlər Rusiya mətbuatına aiddir), həmçinin gələn il satın almaq istədiyi qəzetlərin sayı aşağıdakı kimidir:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top