Şimali Koreya Rusiyaya hərbi dəstəyinin əvəzində bu məhsulu alacaq

DÜNYA 04 noyabr 2024, 19:54
Cənubi Koreya kəşfiyyatı və hərbi rəsmilərinin bildirdiyinə görə, Şimali Koreya Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını dəstəkləmək üçün döyüşlərə minlərlə hərbçi göndərib. Rusiyanın Şimali Koreyaya hərbi dəstək qarşılığında isə hər il 600-700 min ton düyü verəcəyi iddia edilib. 

Demokrat.az
bildirir ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti  bu əməkdaşlığın uzunmüddətli faydasının Şimali Koreya üçün məhdud olacağına dair təhlil dərc edib. 

Bəzi ekspertlər Pxenyanın bu addımının Moskvanı mümkün gərginlikdə öz tərəfinə çəkmək strategiyasının bir hissəsi olduğunu deyirlər. 

Milli Təhlükəsizlik Strategiya İnstitutunun məlumatına görə, Şimali Koreyanın qoşun göndərmək qərarı ABŞ prezident seçkilərindən əvvəl Donald Trampın qalib gələcəyi təqdirdə Ukrayna müharibəsinin tezliklə bitəcəyi gözləntilərinə əsaslanır.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top