Aparıcı Rövşanə Ağasəfqızı "Xəbərin var?" verilişində efirlərə dəvət edilən bayağı mahnı ifaçılarından danışıb.
Demokrat.az “Axsam.az” saytına istinadla xəbər verir ki, tanınmış aparıcı bu gün telekanallarda ciddi axsamaların olduğunu deyib:
“Bir ildir teleməkanda yoxam, amma izləyirəm. Pulla efirə çıxmaq istəyənlər televiziyanı ciddi uçurum qarşısında qoyurlar. Görürük ki, bizim yalvarıb, pulla efirə çıxardığımız indi at oynadır”. R.Ağasəfqızı bu vəziyyətdən gileylənib: "O müğənniləri mən də efirə çıxarmışam. Bu gün onları necə cəmiyyətə sırımışıqsa, indi qarşısını ala bilmirik. ANS-də edə bilmədiyimizi başqa kanalllarda etdik. Çünki reytinq verməliydik. Bizim qarşımıza cədvəl qoymuşdular ki, reytinq verməlisiniz", - deyə aparıcı bildirib.
Məsələyə sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında münasibət bildirib. L.Mehralı vəziyyətdən çıxış yolunun mümkünlüyünü izah edir:
“Bu vəziyyətə biz birdən-birə, gözümüzü yumub açmaqla gəlib çatmadıq. 30 ildir bu yolda mübarizə gedir. Cəmiyyəti bayağılaşdırmağa çalışan insanlar bu işdə maraqlı olanlar, bundan pul qazanan insanlardır. Düşünəndə insanın ürəyi ağrıyır ki, hardan hara gəldik, əvvəl kimləri dinləyirdik, indi kimlərə qulaq asırıq....
Bu vəziyyəti düzəltmək təbii ki, mümkündür, amma internet olmasaydı. Çünki internet azad seçim imkanı verir insanlara. Kim nəyə istəyir, ona da baxır, qulaq asır. Pulunu verir, istədiyi kimi yararlanır. İndi telekanallar da çoxdur. Əvvəlki kimi bir kanal yoxdur ki, hamı eyni şeyə baxsın. Vəziyyəti düzəltmək mümkün olsa da, bu mümkünlük faiz nisbətindən asılıdır.
Bu məsələdə elə həmin xanım aparıcının həmkarları da çox böyük rol oynadı. Prodüsserlərin də bu məsələdə çox böyük mənfi rolu var. Sponsor məsələsi də rol oynayır, çünki bu cür bayağı verilişlərə baxan çox olduğuna görə sponsorlar da pul yatırmaqda maraqlıdırlar. Bu da cəmiyyətin zövqünü ortaya qoyur. Əksəriyyət niyə belə verilişlərə baxır – bu, əslində, narahatlıq yaradan məsələdir”.
Törə Zeynallı
Demokrat.az