Valideynlər bunu bilmir: Bu 5 şeyi uşaqlarla müzakirə etmək olmaz

MARAQLI 04 noyabr 2024, 12:03
Uşaqlar çoxlarının düşündüyündən daha çox məlumat qəbul edirlər. Onlar təkcə bizim onlara birbaşa dediklərimizi deyil, həm də onların hüzurunda deyilən hər şeyi, hətta dinləmədikləri görünsə belə, mənimsəyirlər.

Uşaqlarla və ya onların yanında müzakirə edilməməli olan mövzular varmı? 

Demokrat.az "HuffPost"a stinadən xəbər verir ki, "Dinc valideynlər, xoşbəxt uşaqlar" kitablar seriyasının müəllifi, klinik psixoloq Laura Markhamın sözlərinə görə, məsələ adətən mövzunun özündə deyil, ona yanaşmada olur. 

Bəs uşaqların yanında müzakirə edilməməli olan məsələlər hansıdır?

1. İnsanların bədənləri haqqında söhbətlər

Ailə terapevti Brian Billups Haqes deyir ki, uşaqlar öz görünüşü və ya digər insanlar haqqında mənfi şərhləri çox tez mənimsəyir:

"Uşaqlar eşitdikləri hər şeyi süngər kimi qəbul edirlər. Əgər bədən tənqidlərini eşidirlərsə, bu, özünə hörmət və gələcəkdə onların görünüşünü necə qəbul edəcəkləri ilə bağlı problemlərə səbəb ola bilər".

Görünüşlə bağlı neytral şərhlər belə, tez-tez eşidilirsə, uşaqların öz görünüşünə çox diqqət yetirməsinə səbəb ola bilər.

2. Digər valideynlərin və ya qəyyumların tənqidi

Digər valideyn haqqında mənfi ifadələrdən qaçınmaq vacib bir prinsipdir. Bu, uşağın tərəf seçməsinə və ya vəziyyətə görə məsuliyyət hiss etməsinə səbəb ola bilər. Bundan əlavə, uşağın digər valideynlə münasibətinə zərər verə bilər.

3. Uşağın qardaş və bacıları ilə müqayisəsi

Markham belə müqayisələrdən çəkinməyi tövsiyə edir, çünki bu, uşaqlar arasında rəqabətə və münaqişəyə səbəb ola bilər:

"Belə müqayisələr kin, qısqanclıq və etibarsızlıq yaradır. Məsələn, "sən mənim yaxşı uşağımsan, məni qardaşın kimi narahat etmirsən" ifadəsi təzyiq yaradır, çünki uşaq indi hiss edir ki, bu "yaxşı” imicini qoruyub saxlamalıdır.

4. Böyüklərin pul məsələləri

Uşaq psixoloqu Ann-Luis Lokhart izah edib ki, uşaqlar böyüklərin maliyyə məsələlərini başa düşmürlər, ona görə də onlar yanlış nəticələr çıxara bilərlər, bu da qorxuya və ya narahatlıq hisslərinə səbəb ola bilər.

Yaxşı olar ki, maliyyə qeyri-sabitliyi təəssüratı yaratmadan aydın izahat verəsiniz: "Biz büdcəni izləyirik ki, düzgün seçim edə bilək" deyə bilərsiniz".

5. Alkoqol və ya narkotik maddələrin istifadəsini tərifləyən söhbətlər

Haqes qeyd edib ki, belə söhbətlər, hətta zarafat tonunda olsa da, uşaqlarda bu maddələrə qarşı maraq və ya riskli münasibət formalaşdıra bilər.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top