Bu su anbarının təmirinə 6 milyon manatdan çox pul xərclənəcək

SİYASƏT 02 noyabr 2024, 10:28
Viləşçay su anbarında müəyyən təmir işləri həyata keçiriləcək.

Bu barədə Demokrat.az-a dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Belə ki, su anbarında tikinti-istismar sukeçirici qurğunun (qülləli suburaxıcı qurğu) təmir-bərpası işləri aparılacaq.

Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasının 6.448.053,38 AZN-ə (6 milyon 448 min 53 manat 38 qəpik) başa gələcəyini ehtimal edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top