Bu bölgədə 25 yaşına qədər uşaq dünyaya gətirən qızlara pul veriləcək

DÜNYA 01 noyabr 2024, 19:30
Rusiyanın Mordoviya bölgəsinin deputatları 25 yaşınadək uşaq dünyaya gətirən qızların 100 min rubl alacağı qanun layihəsini qəbul ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə Mordoviya Respublikasının dövlət orqanlarının rəsmi portalı məlumat yayıb.

Qeyd olunur ki, 25 yaşınadək ilk övladını dünyaya gətirən qızlar regional hakimiyyət orqanlarının mükafatlarına arxalana biləcəklər.

Respublika Dövlət Assambleyasının sədr müavini Natalya Domlatovanın sözlərinə görə, bu qərar doğum səviyyəsinin artırılması proqramı çərçivəsində qəbul edilib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top