Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunda göbələkdən zəhərlənən ikinci qadın da ölüb. TƏBİB-dən bildirilib ki, oktyabrın 24-ü saat 01:00 radələrində 1985-ci il və 1977-ci il təvəllüdlü iki qadın göbələk zəhərlənməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün təcili tibbi yardım avtomobili vasitəsilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyəsinə qərar verilib. Təxliyə zamanı 1977-ci il təvəllüdlü qadının xəstəxanayaqədər ölüm faktı qeydə alınıb. 1985-ci il təvəllüdlü qadın isə kəskin ağır və ekzotoksiki şok vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Bütün reanimasiyon tədbirlərin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qida mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında deyib ki, zəhərlənmə hallarına səbəb əksər hallarda zəhərli göbələklər olur:
“Zəhərli göbələklər insan orqanizmində böyük fəsadlara, hətta ölümə gətirib çıxara bilər. Yaxşı olar ki, göbələyi tanımayan, zəhərli olanını ayırd edə bilməyən şəxs meşədən göbələk yığmasın və mənşəyi məlum olmayan, haradan dərildiyi bilinməyən göbələyi istifadə etməsin. Zəhərli göbələyi seçməyin bir neçə üsulu var. Göbələyin görünüşünə, rənglərinə baxmaq lazımdır. Daha tünd rəngli, qırmızıya çalan göbələklər adətən zəhərli olur. Kəskin, xoşagəlməyən qoxuda olur. Belə göbələyin üzərində ləkələr, örtük olur. Yaxşı olar ki, göbələk mənşəyi məlum olan yerlərdən alınsın və alındıqdan sonra saxlanma, bişirilmə qaydalarına əməl olunsun. Zəhərlənmə hallarında qusma, mədədə ağrı, hərarət baş verir. Belə halda həkimə müraciət etmək lazımdır”.
Törə Zeynallı
Demokrat.az