Bir neçə gün əvvəl ana olmuşdu, qəfil vəfat etdi

SOSİAL 26 oktyabr 2024, 10:25
Şirvanda bir neçə gün əvvəl doğuş etmiş qadın ölüb.

Demokrat.az xəbər verir ki, ötən gecə Şirvan şəhər Yeni qəsəbə sakini, 1998-ci il təvəllüdlü Səma Əlişükür qızı Yusubova ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Lakin az sonra qadın vəfat edib.

Bildirilib ki, S.Yusubova iki həftə əvvəl qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Onun bədənində tromboemboliya olması və bu səbəbdən səhhətinin qəfil pisləşdiyi bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top