İsrail Qəzzada daha bir xəstəxananı vurdu

DÜNYA 25 oktyabr 2024, 09:31
İsrail hərbi aviasiyası Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasına hava zərbəsi endirib.

Demokrat.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

İsrailin oksigen stansiyasına məqsədyönlü zərbə endirdiyi, xəstəxana binasına qismən ziyan vuran partlayışa səbəb olduğu qeyd edilir. Tibb müəssisəsinin direktoru hücum nəticəsində bir neçə uşağın həyatının təhlükədə olduğunu, xəstəxana əməkdaşlarının yaralandığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top