Sumqayıtda baş verən partlayışda xəsarət alanların son durumu

HADİSƏ 24 oktyabr 2024, 15:08
Sumqayıt şəhərində müəssisədə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.

Demokrat.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən verilən məlumata əsasən, 11:10 radələrində Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına 1973 və 1982-ci il təvəllüdlü iki şəxs (kişi cinsli) hospitalizasiya olunub.

Bildirilib ki, baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termik və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.

Göstərilən yardımlardan sonra həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, Sumqaylıtda yerləşən müəssisədə partlayış olub. 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Maarif oğlu Nuruyev çalışdıqları müəssisədə qaynaq işləri görən zaman qaz sızması nəticəsində partlayış baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top