Anar Yusifoğlunun 50 illik yubileyidir

MEDİA 20 oktyabr 2024, 22:28

Tannmış jurnalist Anar Yusifoğlu 50 illik yubileyini qeyd edir.

Demokrat.az xəbər verir ki, Anar Yusfoğlu 1974-cü il oktyabrın 20-də Yardımlı rayonunun Şıxlar kəndində anadan olub. Anar Yusifoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin bitirib.

O, 1995-1998-ci illərdə ANS Müstəqil Teleradio Yayımları Şirkətində repartyor, şöbə müdiri olub, 1998-1999-cu illərdə “525-ci qəzet”in parlament müxbiri kimi çalışıb.

Anar Yusifoğlu İctimai Televiziya yaranandan orada fəaliyyət göstərir.

Tanınmış jurnalist hələ gənc yaşlarından daim sözün təəssübünü çəkərək püxtələşib. A.Yusifoğlu örnək mahiyyət daşıyan ömür yolu keçib. Onun  analitik məzmunlu məqalələri, telejurnalist kimi parlaq fəaliyyəti gənc jurnalistlər üçün nümunədir.

Yubilyarı təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top