Əli Əhmədovun bacısı oğluna yüksək vəzifə verildi — FOTO

GÜNDƏM 15 oktyabr 2024, 20:58

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin idarə heyətinin sədri İsi Mustafayevə yeni müşavir təyin edilib.

"Qaynarinfo"nun məlumatına görə, Sübhan Kazımov 4 sentyabr 2024-cü il tarixindən idarə heyəti sədrinin müşaviri təyin olunub.

"Azərpoç" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova məlumatı təsdiqləyib. Qeyd edək ki, ötən ay Sübhan Kazımov "Azərpoçt" MMC-nin idarə heyətinin üzvlüyündən azad edilib.

O, 2022-ci ilin may ayına qədər "Azərpoçt" MMC-nin baş direktorun müavini, sözügedən qurumda idarəetmə forması dəyişdikdən sonra idarə heytənin üzvü olub.

Xatırladaq ki, Sübhan Kazımov Yeni Azərbaycan Partiyasının və Milli Məclisin sədr müavini Əli Əhmədovun bacısı oğludur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 noyabr 2024, 10:14
13 noyabr 2024, 08:30
Top