İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalant və digər nazirlərlə İrana cavab zərbəsi endirməyi müzakirə edib. "Washington Post" yazır ki, İsrailin niyyəti İranın nüvə obyektlərinə deyil, hərbçilərinə zərbələr endirməkdir.
Siyasi şərhçi Zeynal Əmrəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, İsrailin İrana zərbə endirməsi gözləniləndir:
“Lakin bununla bağlı müəyyən fikir ayrılıqları var. ABŞ və Qərb ölkələri çalışırlar ki, İsrail İranın neft yataqlarına zərbə endirməsin. Neft və qazla bağlı burada problem var, çünki bu cür toqquşma dünya bazarında təlatümə səbəb ola bilər. Nüvə obyektlərinin hədəf seçilməsi də müəmmalıdır. İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei bəyan etmişdi ki, İran öz nüvə obyektlərinin təhlükəsizliyini təmin edib. İsrailin cavab zərbəsi endirməsi Qərbdə də narahatlıq yarada bilər, neft yataqları önəmli məsələdir. ABŞ-ni narahat edən məqam isə SEPAH-dır, onun sıradan çıxarılmasını, zəiflədilməsini istəyir. Buna görə də ABŞ çalışacaq ki, İsrailin cavab zərbələri İranın hərbi elitasını, əsasən də, SEPAH-ı hədəf alsın. SEPAH komandirlərinin yenidən hədəf seçilməsi istisna deyil. Xüsusilə Qasım Süleymaninin öldürülməsindən sonra İsrailin hədəfi SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaanidir. Qaani uzun müddətdən sonra bu günlərdə SEPAH-ın öldürülən komandanının cənazə mərasimində görüntülənib. Digər kiçik sənaye obyektlərinin də vurulması istisna deyil, ancaq böyük həcmdə nüvə və sənaye obyektlərinin vurulması gözlənilmir, hədəf İranın Müdafiə Nazirliyinə bağlı qüvvələr olacaq”.
Törə Zeynallı
Demokrat.az