"Kassa çekinin verilməməsi istehlakçı hüququnun pozulmasıdır" — Eyyub Hüseynov

GÜNDƏM 15 oktyabr 2024, 16:13
"İstehlakçı hüquqlarının müdafiəsi haqqında qanuna görə, Nazirlər Kabinetinin qərarına əsasən bir sıra mallar istisna olmaqla istehlakçı aldığı məhsulu 14 gün müddətində qaytara və ya dəyişdirə bilər. İstehlakçıda malı aldığını təsdiq edən çek olmalıdır. Məhsulu istifadə etmədən qaytarmaq vacibdir".

Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov məsələ ilə bağlı Demokrat.az-a danışıb. 

"Qanunvericilikdə bəzi çatışmayan amillər var.
Digər ciddi problemlərdən biri də kassa çekinin verilməməsi məsələsidir. Məsələn,  böyük ticarət mərkəzlərində belə kassa çeki verilmir. Bu halda istehlakçının hüququnu məhkəmədə belə müdafiə etmək mümkün olmur. Çünki, ortada malın satışını sübut edən sənəd olmalıdır. Istehlakçılar bəzən məhsulu bir dəfə istifadə edib, sabahı gün qaytarmaq istəyirlər. Burada istehlakçı haqsız olur. 
Qanunvericilikdə bəzi çatışmayan amillər var. Məsələn, istehlakçı ayaqqabı alır, sabahı gün cırılır. İstifadə etdiyi və etiketi olmadığı üçün mağazaya qaytara bilmir. Bəs geyinməsə, keyfiyyətinə necə əmin olacaqdı?
Bir qərarda deyilir ki, qiyməti ödənilmiş və dükandan çıxarılmış ərzaq məhsulu qaytarıla bilməz. Vətəndaş satış məntəqəsində istifadə etməlidir aldığı ərzaq məhsulunu?
Bütün belə hallarda istehlakçılar İqtisadiyyat Nazirliyi 195 qaynar xətti ilə əlaqə saxlamalıdırlar" - E. Hüseynov qeyd edib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top