Dünyanın ən bahalı futbolçusu təcavüzdə şübhəli bilinir

İDMAN 15 oktyabr 2024, 13:47
"Real Madrid"in futbolçusu Killian Mbappe İsveçdə zorlama və cinsi təcavüz işində şübhəli bilinir.

Demokrat.az
xəbər verir ki, bu barədə "Aftonbladet" məlumat yayıb.

Cinayət Mbappe, onun qohumları və Fransanın PSJ klubunun futbolçusu Nordi Mukielenin qaldığı otellərdən birində baş verib. Oktyabrın 12-də bu barədə polisə şikayət edilib.

Mbappenin cinayət işində statusu "əsaslı şübhəli" kimi qeyd olunub ki, bu da şübhənin ən aşağı səviyyəsinə uyğundur.

Mbappe ilə "Real Madrid" arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu İspaniya nəhənginə azad agent kimi keçib. O, hazırda dünyanın ən bahalı futbolçusu hesab olunur.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top