Belarusda koronavirusun yeni variantı aşkarlanıb

DÜNYA 14 oktyabr 2024, 16:41
Belarusun baş dövlət sanitar həkimi Svetlana Neçay bildirib ki, ekspertlər respublikada XES koronavirusunun yeni variantını müəyyən ediblər. Demokrat.az xəbər verir ki, onun sözlərini TASS yayıb. 

"Laboratoriya məlumatlarına görə xəstələrdən birinə koronavirusun XEC variantı diaqnozu qoyulub".

Neçayın sözlərinə görə, mütəxəssislər respublikada koronavirusun yeni variantlarının yaranmasına daim nəzarət edirlər.

Oktyabrın 1-də Rusiyada XES koronavirusunun yeni variantına 7 yoluxma halının qeydə alındığı bildirilib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top