Paşinyan dünən İrəvanda "Dünya kəsişməsi: inkişaf və demokratiyanın birləşdirilməsi" forumunda çıxışı zamanı öz yeni ideyalarını təqdim edib. O, deyib ki, sərhədlərimizin 70 faizi statikdir. Bütün sərhədlərimizi milyardlarla maliyyənin axınına imkan verən həddə gətirməliyik. Azərbaycanı qorxudan həmin milyardların Ermənistana gəlməsidir.
Paşinyanın layihə fikrinə ermənilər özləri də lağ-lağa ilə yanaşıblar. Erməni siyasətçilər layihəni biabırçı şəkildə tənqid ediblər.
Paşinyanın bu baxımdan Azərbaycana qarşı irəli sürdüyü ittihamlar haqqında politoloq Aydın Quliyev Demokrat.az-a danışıb.
"Söz oyunundan ibarət olan bu "sxemin" əsl məqsədi erməni cəmiyyətini layihənin "dahiyanəliyinə" inandırmaqdır.Açıq görürlər ki, layihə ciddi uğur qazana bilmir və Azərbaycanla saziş olmayınca, onun uğur qazanmaq şansı mütləq şəkildə yoxdur. Çünki Paşinyanın "Dünya kəsişməsi" layihəsi reallaşması üçün ümid etdiyi azı 10 ədəd sərhəd qapısının 8- i birbaşa, 2- si Türkiyənin vasitəsilə Azərbaycanın əlindədir. Azərbaycanın razılığı olmasa, Paşinyanın nəzərdə tutduğu o milyardlar Ermənistana əsla "axa" bilməz.Təsadüfi deyil ki, Paşinyanın hətta öz ölkəsində bu layihə lağa qoyulur. Tanınmış erməni siyasətçi rişxəndlə deyib ki, "Əgər bu həqiqətən bir kəsişmədirsə ,bəs onun zəriri olan "işıqforunu" kim qoyacaq ?!Görürsünüz, Paşinyanın layihəsi Azərbaycanda " nağıl" adlandırılır, Ermənistanda isə lağa qoyulur..."
Əfsanə
Demokrat.az