Məşhur model valideynlərinə qadağa qoydu

ŞOU-BİZNES 14 oktyabr 2024, 13:53
Model Heyli Biber valideynləri, aktyor Stiven Bolduin və Keniya Bolduinin oğlu Ceklə ünsiyyətə icazə vermir. 

Demokrat.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Ulduzlara yaxın bir insayder bildirib ki, Heyli Biber müxtəlif dini və siyasi baxışlarına görə valideynləri ilə münaqişələr yaşayır.

"Heylinin ailəsi ilə münasibətləri bir müddətdir ki, pozulub. O, anasına yaxın idi, amma hamiləlikdən sonra münasibərləri pisləşib", deyə mənbə paylaşıb.

Mənbənin sözlərinə görə, atası "Instagram"da izləyicilərindən onun və Castin Biber üçün dua etməyi xahiş edəndə, Heyli Biber valideynləri ilə böyük mübahisə edib. Mənbənin sözlərinə görə, model daha sonra atasına onun həyatına qarışmasını istəmədiyini deyib. Buna cavab olaraq aktyor xatırladıb ki, 2009-cu ildə Heyli müğənni ilə tanış edən məhz o olub.

Bundan əvvəl model "W Magazine"ə verdiyi müsahibədə qohumlarından uzaqlaşdığını etiraf edib. Heyli Biber indi diqqətini keçmişə deyil, əri Castin Bieber ilə ailə qurmağa yönəltdiyini bildirib. 

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top