Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 739 kiberhücum indikatoru (IOC) müəyyən edib.
“Report”un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 17,1 % azdır.
Kibertəhdidlərin 379-u daxili araşdırma, 360-ı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə sentyabr ayında 64 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 16,9 % azdır.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 618,4 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 395 min 100, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 181 min 298 zərərverici tərkibli elektron sənəd blok edilib.