Süni intellekt son illərdə həyatımızın müxtəlif sahələrində mühüm rol oynamağa başlayıb. Əvvəllər daha çox texnologiya və sənaye sahələrində istifadə olunutdusa indi gündəlik həyatımızda da öz yerini tapıb. Ağıllı ev sistemlərindən tutmuş, səhiyyədə diaqnostika və fərdi müalicə planlarına qədər bir çox yeniliklər süni intellektin imkanlarının genişləndiyini göstərir. Bəs bu texnologiya gündəlik həyatımıza necə təsir edir və yaxın gələcəkdə hansı yeniliklər gözlənilir? Süni intellektin inkişafı hansı riskləri və imkanları yaradır?
Mövzu ilə bağlı Demokrat.az-a danışan İT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, süni intellekt dövrü iş həyatının bütün sahələrinə təsir edir və bütün sektorlar bundan təsirlənir:
“Bir çox sahədə inqilabi yeniliklər olacaq, süni intellektin təsiri ilə bir çox kadrlar da dəyişəcək. Yəni, bir çox peşələrdə ixtisaslar demək olar ki, yenilənəcək və kadr islahatları nəticəsində bir çox insanlar həm mənfi, həm də müsbət təsir göstərəcək. Mənfi tərəfi odur ki, misal üçün, bir iş yerində eyni ixtisas üzrə 10 nəfər işləyirdisə, artıq bu işi 2 və ya 3 nəfər həll edə biləcək. Çünki süni intellekt çox güclü bir alətdir. 10 nəfərlə edilən bir işi 2 nəfərlə etmək mümkün olacaq. Bəzi peşələr artıq ixtisara düşmə mərhələsindədir. Düzdür, buna hələ var, çünki süni intellekt tam olaraq inisiativ ala bilmir. Yəni, süni intellekt insan nəzarəti ilə işləyir. Heç bir işi tam olaraq süni intellektə həvalə etmirik. Süni intellektin ən yaxşı bildiyi iş tərcümədir. Lakin hələ də tərcüməçilərə çox ehtiyac var. Tərcümə süni intellektlə edilsə də, hələ də insan nəzarəti altında olur. Bu da o deməkdir ki, insan hər zaman öz peşəsində aktual olaraq qalacaq. Sadəcə, heyət azala bilər”.
Mütəxəssis onu da əlavə edib ki, məsələn, bankda əvvəllər 50 data analitiki işləyirdisə, indi bu işi 10 nəfər həll edə biləcək:
“ Bir prosesdə, hər hansı bir kadr dəyişikliyində 5 nəfər işləyirdisə, artıq süni intellektlə bu proses daha səmərəli olacaq və sadəcə insan prosesə nəzarət edəcək. Yəni 5 nəfərin yerinə 1-2 nəfər bu işi icra edə biləcək. Və bunun kimi bütün peşələr təsirlənəcək, amma bütün peşələr öz aktuallığını qoruyacaq. Sadəcə, oradakı insan kapitalı azalmış olacaq.
Süni intellekt bu gün bütün peşələrə təsir edir və həyatımızın həm sosial, həm də biznes yönündə münasibətlərinə mühüm təsir göstərəcək. Təbii ki, bunun mənfi tərəfləri də var. Misal üçün, kibirli insanlar süni intellektdən daha pis istifadə edirlər və öz dırnaq arası peşələrində uğur qazanırlar. Bu da süni intellektə mənfi yanaşmanın nümunəsidir. Amma bütün yeni texnologiyalarda bu cür mənfi və müsbət risklər və fürsətlər mövcuddur. Bunun qarşısını biz mariflənməklə, daha düzgün və sağlam bir cəmiyyət qurmaqla azalda bilərik, müsbət tərəfləri isə artıra bilərik”.
Leyla Turan
Demokrat.az