“Tətbiqi proqramdan silsəniz də, məlumatlarınız aktiv qalır” — İT mütəxəssisi

İKT 14 mart 2025, 19:05
““Apple store”, “Play Market” dünya miqyasında etibarlı həllərdir. Buradan yüklənən tətbiqlərə bank kartı məlumatları yazsanız, hansısa problem yaranmayacaq. Çünki bunların nüfuzuna xələl gəlsə, milyonlarca müştəri itirmiş olacaqlar. İnternetdən yüklənən və heç kimin tanımadığı tətbiq dələduzluq üçün yüklənmiş ola bilər. Həmin tətbiqlərə kart məlumatları yazdıqda məlumatlar ələ keçir və kartdan pul çəkilə bilir. Kartdan sizin xəbəriniz olmadan pul çıxılırsa, mütləq blok etmək və banka müraciət etmək lazımdır”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib. 

““Microsoft”, “Google”, “Amazon” kimi brendlər etibarlıdır. Tanınmayan məhsullar isə bizi hər tip problemlə üzləşdirə bilərlər. Bilmədiyimiz saytlara, tətbiqlərə məlumatlarımızı əlavə etməməliyik. Bəzən hər hansı proqram yüklədikdən sonra bəyənməyib silirik. Bu o deməkdir ki, bizim hələ də profilimiz həmin proqramda aktiv olaraq qalıb. Proqramı bəyənmədiyimiz zaman ilk növbədə kartları yaddaşdan çıxarmalı, profili silməli daha sonra tətbiqi silməliyik.
Proqram təminatı yükləməzdən əvvəl nüfuzuna baxmaq önəmlidir. 1-2 milyon yüklənməsi olan proqramlar etibarlıdır. 5-10 nəfər tərəfindən yüklənmiş və saxta təriflər ordusu ilə dolan rəy bölməsi olan proqramlar saxta ola bilir”.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top