Üç milyona yaxın insan işıqsız qalıb

DÜNYA 10 oktyabr 2024, 19:40
ABŞ-ın cənub-şərqində yerləşən Florida ştatının üç milyona yaxın sakini sahilə vuran Milton qasırğası səbəbindən işıqsız qalıb.

Demokrat.az xəbər verir ki, bunu monitorinq resursunun məlumatları sübut edir.

Milton oktyabrın 9-da axşam saatlarında Florida ştatının qərb sahilinə çatıb.

Sonra qasırğanın təsir zonasında küləyin sürəti 57 m/s (205 km/saat) təşkil edib. Lakin oktyabrın 10-na keçən gecə ABŞ Milli Meteorologiya Xidmətinin əməkdaşları təbii fəlakətin birinci kateqoriyaya qədər zəiflədiyini qeydə alıblar .

Mehriban
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top