Millimiz Çexiyaya uduzdu

İDMAN 10 oktyabr 2024, 13:56
Bu gün minifutbol üzrə Azərbaycanın U-23 yığması dünya çempionatında növbəti oyununa çıxıb.

Demokrat.az xəbər verir ki, Rəcəb Fərəczadənin komandası Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan turnirin yarımfinalında Çexiya ilə üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 11:30-da başlayan qarşılaşma çexlərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Komanda bürünc medal uğrunda görüşdə Slovakiya - Serbiya cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz qrupda Çexiyaya 0:2, Serbiyaya 1:5 hesabı ilə uduzub, Hindistana 16:0 hesabı ilə qalib gəlib.

Komanda 1/4 finalda İngiltərəni 3:0 hesabı ilə üstələyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top