Əli Kərimlinin ermənilərə necə işlədiyi ortaya çıxdı — FATKLAR

TƏHLİL 10 oktyabr 2024, 13:48
60-a yaxın amerikalı konqresmen və senatorun Azərbaycana sanksiyaların tətbiq edilməsi məqsədilə ABŞ hökumətinə müraciəti diqqəti baş verənlərin pərdəarxasına yönəldir, xüsusilə Azərbaycanda bu təşəbbüsü dəstəkləyənlərin olması fonunda. Amerikalı qanunvericilərin anti-Azərbaycan təşəbbüsünün əsas dəstəkçisi AXCP sədri Əli Kərimlidir.

Əli Kərimli amerikalı konqresmenlərin Azərbaycana qarşı sanksiya çağırışını “demokratikləşmə” yolunda böyük addım hesab edir, hətta həmin konqresmenləri “qəhrəman” kimi təqdim edir. Hərçənd ki, reallığı anlamaq və Əli Kərimlinin əslində kimə işlədiyini görmək üçün proseslərin pərdəarxasına nəzər yetirmək lazımdır. 

Bu müraciəti kimlər hazırlayıb, müraciətdə nələr qeyd olunur və hədəf nədir?

60-a yaxın ameriaklı qanunvericinin imzaladığı məlum müraciətin əsas təşəbbüskarları konqresmen Frank Pallone və senator Edvard Con Markidir. Hər ikisi Amerika Erməniləri Milli Komitəsinin (ANCA) fəxri üzvləri, erməni lobbisinin fəallarıdır.

Konqresdə “Erməni məsələləri üzrə qrupun” həmsədri olan Frank Pallone Qarabağdakı separatçıların fəal dəstəkçisi olub. Ötən il Qarabağda separatçılara qarşı anti-terror tədbirləri keçirilməsindən sonra “Azərbaycanın təcavüzünə qarşı ermənilərə dəstək” aktını hazırlayıb. 

Pollene 2017-ci ildə Qarabağa qanunsuz səfərinə görə Azərbaycanın “qara siyahı”sına salınıb. Daha sonra belə səfərləri intensivləşdirib. ANCA tərəfindən ermənilərə verdiyi dəstəyə görə “Azadlıq” mükafatı ilə təltif olunub.

ANCA tərəfindən eyni mükafatla təltif olunan senator Edvard Marki də qatı ermənipərəstdir. Qondarma “erməni soyqırımı”nı dəstəkləyir, separatçıların müdafiəsində iştirak edib və bütün fəaliyyətini Azərbaycana qarşı qurub. Edvard Marki sentyabrın 3-də Bostonda erməni icmasının üzvləri ilə görüş keçirib. Görüşdə “Qarabağa hücuma görə Azərbaycan rəsmilərinin məsuliyyətə cəlb edilməsini, “Qarabağ qaçqınlarına” humanitar dəstəyi” müzakirə edilib. 

O cümlədən, COP-29 tədbiri ərəfəsində “etnik erməni siyasi məhbusların azad edilməsi üçün” (separatçıların) rəsmi Bakıya təzyiqlərin edilməsi istiqamətində atılacaq addımlardan bəhs olunub.

Göründüyü kimi, anti-Azərbaycan sənədin müəllifləri erməni lobbisinin üzvləridir, müraciətə imza atanlar da bu və ya digər formada ANCA tərəfindən dəstəklənir. 

Müraciətin məqsədinə gəlinc, mətn hər şeyi ortaya qorur. Müraciətdə iddia olunur ki, Azərbaycan ötən il Qarabağı “blokadada saxlayıb”, “etnik təmizləmə” aparıb, “Ermənistan ərazisini işğal edib”, “müharibə cinayətləri törədib”. Buna görə ABŞ hökuməti noyabrda Bakıda keçiriləcək COP-29 tədbirinə qədər Azərbaycana qarşı sanksiya tətbiq etməlidir. 

Bununla yanaşı, Bakıda həbsdə olan separatçılar “etnik erməni siyasi məhbusu” kimi təqdim edilir və onların azadlığa buraxılması üçün rəsmi Bakıya təzyiq edilməsi tələb olunur.

Məqsəd aydındır. Azərbaycana qarşı təzyiq etmək və bu yolla separatçıların azadlığa buraxılmasına nail olmaq, Ermənistanın maraqlarını müdafiə etməkdir.

Özünə azərbaycanlı deyən hər bir kəs bu müraciətə qarşı çıxmalıdır. 

Sual yaranır, bəs Əli Kərimli niyə erməni maraqlarının müdafiəsi məqsədi daşıyan anti-Azərbaycan addımını dəstəkləyir?

Aydın görünür ki, Əli Kərimli məhz ermənipərəstlərin sifarişini yerinə yetirir və bu sifarişi ona verənlər Qərbdə hansısa “liberal qruplar” yox, məhz erməni diasporu və lobbisidir. Təkcə bu fakt sübut edir ki, Əli Kərimli birbaşa ermənilərə işləyir və onunla bağlı lazımı ölçü götürülməlidir! 






Vasif Həsənli
Demokrat.az xəbər portalının rəhbəri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top