Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Bəs, yaxın gələcəkdə bu məzənnənin dəyişməsi gözlənilirmi?
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, məzənnənin dəyişəcəyi ilə bağlı yenilik yoxdur:
“Azərbaycanda artıq 9 ildir ki, məzənnə stabil olaraq qalır. Hələki bir yenilik yoxdur. Bu məzənnə inzibati qaydada tənzimləndiyi üçün stabil olaraq qalır. Əgər məzənnə ilə bağlı hansısa dəyişiklik olacaqsa,bu inzibati qərarla baş verəcək. Bunun dünya birjalarla və dünyada gedən proseslərlə heç bir əlaqəsi yoxdur.
Hazırda isə məzənnənin dəyişəcəyi ilə bağlı hər hansı bir proqnoz vermək çətindir. Amma gec-tez Azərbaycan manatının məzənnəsi ilə bağlı dəyişikliklərə getmək məcburiyyəti yaranacaq. Çünki uzun illər eyni məzənnə rejimini saxlamaq mümkün deyil.
Artıq 9-cu ildir ki, biz sabit məzənnə rejimindəyik. Bunu uzun illər davam etdirmək mümkün olnayacaq. Ona görə də bu yaxın zamanlarda baş verə bilər. Dəqiq tarixi isə Mərkəzi Bank və hökumət verdiyi rəsmi və inzibati qərarla müəyyənləşdirəcək”.
Mehriban Mirzəzadə
Demokrat.az