“Naz-Nazı” muğam qrupunun konserti baş tutdu — FOTOLAR

MƏDƏNİYYƏT 02 oktyabr 2024, 17:55
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə "Bakıdan Gəncəyə" layihəsi çərçivəsində Xalq artisti, tarzən Malik Mansurovun rəhbərliyi ilə "Naz-Nazı" muğam qrupunun konserti baş tutub. 

Demokrat.az xəbər verir ki, onsertdə Malik Mansurov (tar), İbrahim Cabbarov (bəm tar), Səyyar Teymurov (zərb alətləri), Məhta Məhəmmədəlizadə (qanun), Xəyyam Cabbarlı (ud), Abuzər Əsgərli (kamança), Nüşabə Kərimli  (xanəndə), Mirəli Sarızadə (xanəndə), Parsa Xaef (setar, xanəndə, Ərdəbil), Araz Qasemi (tar, Təbriz), Reza Mohəmmədi (kamança,Təbriz), Yavər Zəndabadi (ud, Təbriz) çıxış ediblər.

"Naz-Nazı" muğam qrupunun ifasında  "İz" və "Yari-pünhan kompozisiyaları, xalq mahnıları "Xumar oldum" və "Dağların başı",  "Gül dəstəsi" xalq rəqsi, "Qarabağ şikəstəsi", "Çahargah dəramədi" səsləndirilib.

 Konsert tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.











SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2024, 18:36
Top