Meyvə-tərəvəzlərin qiyməti niyə bahalaşıb? — AÇIQLAMA

GÜNDƏM 02 oktyabr 2024, 19:50
“Hava şəraitinin əlverişsiz olması səbəbindən ölkədə kələm istehsalı azalıb. Digər bostan bitkiləri kimi kələmin də məhsuldarlığı aşağı düşüb. Kələmin qiymətinin artımını isə bununla əlaqələndirmək olar”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. 

O bildirib ki, bu il ötən ilə nisbətən payızda çıxan meyvə və tərəvəzlər bir qədər baha olacaq:

“Ona görə ki, yaz və yayda müşahidə etdiyimiz hava şəraiti həmin məhsullara da öz təsirini göstərib. 

Kələm və digər meyvə-tərəvəz məhsullarının qiymət artımı isə əsasən qıtlıq, məhsuldarlığın aşağı olması ilə bağlıdır”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top