Politoloq: “İranla İsrail arasındakı gərginlik III dünya müharibəsini yaxınlaşdırır”

GÜNDƏM 02 oktyabr 2024, 19:30
“İran-İsrail qarşıdurması bu gün çox gərgin vəziyyətə gəlib. Təbii ki, bu iki ölkənin münasibətləri tarix boyu yaxşı olmayıb. İndi isə ən pis dövrünü yaşayır”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. 

O bildirib ki, hazırda həm İsrail, həm də İrana qarşı çox ciddi təzyiqlər mövcutdur:

“Beynəlxalq birlik bu iki ölkəyə sadəcə təyziq göstərir ki, müharibəni dayandırsın. Amma problemin köklü həlli üçün heç bir vasitəçilik etmirlər. İran-İsrail qarşıdurması bütün dünya üçün yaxşı heçnə vəd etmir. Üçüncü dünya müharibəsinin reallaşma riskini artırır. 

Azərbaycan İranla qonşu ölkə olduğuna görə, bu müharibənin olması bizə də sərf etmir. Amma hər bir halda bu müharibənin olma ehtimalları indiki vəziyyətdə mümkün deyil. 

Doğrudur ki, iki ölkə bir-birlərinə qarşı əməliyyatlar həyata keçirsələr də, İran da, İsrail də yaxşı bilirlər ki, geniş çaplı İran-İsrail müharibəsi bütün dünya üçün yeni iqtisadi-siyasi risklər yarada bilər. Bu da indiki məqamda nə İsrailin, nə İranın maraqlarına uyğun deyil. 

Azərbaycan hər iki ölkə arasında müharibənin olmasını arzulamır. Ölkəmizdə təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Təbii ki, dünyada baş verən bütün müharibələrin səbəb olduğu kataklizmlərdən Azərbaycan sığortalanıb. Bu baxımdan da ən pis ssenari gerçəkləşsə belə, Azərbaycan üçün narahat olmağa ehtiyac yoxdur”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top