UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turuna start verilib

İDMAN 02 oktyabr 2024, 21:14

Bu gün UEFA Konfrans Liqasının yeni formatda keçirilən Liqa mərhələsinə start verilib.

Demokrat.az xəbər verir ki, ilk oyun günü üçün 2 matç nəzərdə tutulub.

Türkiyənin "Başakşehir" klubu öz meydanında Vyana “Rapid”ini (Avstriya) sınağa çəkib. Oyun meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Digər oyunda isə "Gimarayeş" (Portuqaliya)  "Selye"ni (Sloveniya) qəbul edib. Bu görüşdə Portuqaliya təmsilçisi 3:1 hesablı qələbə qazanıb. 

Tura oktyabrın 3-də yekun vurulacaq.

Qeyd edək ki, Çempionlar və Avropa Liqalarından fərqli olaraq bu turnirin Liqa mərhələsində komandalar 8 deyil, 6 oyun keçiriləcəklər.

2 oktyabr

Konfrans Liqası

Liqa mərhələsi, 1-ci tur

18:30. "Başakşehir" (Türkiyə) – "Rapid" (Vyana, Avstriya) - 1:2 

Qollar: Şaub, 43 (0:1), Pyatek, 45+2 (1:1), Şaub, 46 (1:2)

18:30. "Gimarayeş" (Portuqaliya) – "Selye" (Sloveniya) - 3:1 

Qollar: Samu, 7 (1:0), Da Silva Kunya, 36 (2:0), Silva, 62 (3:0), Matko, 90+2 (3:1)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top