"Özünə məxsus oyun tərzi olan komandaya qarşı mübarizə aparacağıq" — Qurban Qurbanov

İDMAN 02 oktyabr 2024, 13:59
Özünə məxsus oyun tərzi olan komandaya qarşı mübarizə aparacağıq.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis onları çətin qarşılaşma gözlədiyini bildirib:

"Öz meydanımızda ilk oyunumuzu keçirəcəyik. Özünə məxsus oyun tərzi olan komandaya qarşı mübarizə aparacağıq. Çalışdıq ki, komandanı oyuna yaxşı hazırlayaq".

Qeyd edək ki, "Qarabağ” – "Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. (Report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top