Rusiyadan Ermənistan açıqlaması: “Bu, bizi təəssüfləndirir”

DÜNYA 02 oktyabr 2024, 23:05
Ermənistanın KTMT-dəki fəaliyyətinin dondurulmasının davam etməsi bizi təəssüfləndirir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Moskva hesab edir ki, KTMT və Aİİ iqtisadi sahədə olduğu kimi təhlükəsizlik sahəsində də faydalıdır.

“Ermənistanın nəyə ehtiyacının olduğuna özü qərar verir. Biz hesab edirik ki, KTMT iqtisadi sferada olduğu kimi, təhlükəsizlik sahəsində də faydalıdır. Rusiya Ermənistanla bu iki struktur çərçivəsində qarşılıqlı fəaliyyət üçün heç bir maneə görmür”, – deyə Zaxarova vurğulayıb.

Daha öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, KTMT-dən heç bir təhlükə yoxdur, əksinə təşkilat üzv ölkələrin suverenliyini qorumağa çağırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top