Bu ölkə Ermənistana bütün reysləri ləğv etdi

DÜNYA 02 oktyabr 2024, 20:18
Qətər Hava Yolları Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Ermənistan və bir sıra digər ölkələrə bütün reyslərini ləğv edib.

Demokrat.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

“Hörmətli sərnişinlər, regional gərginlik fonunda uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə Qətər Hava Yolları aşağıdakı istiqamətlərə həyata keçirdiyi bütün reysləri  qeyri-müəyyən müddətə ləğv edib: Ermənistan, İordaniya, İran, İraq, Livan, Qazaxıstan aviaşirkət və ya rəsmi nümayəndələrlə əlaqə saxlayın ",- açıqlamada qeyd edilib.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top