"Qalatasaray" şokda — Okan Buruk 5 oyun cəzalana bilər

İDMAN 02 oktyabr 2024, 21:24
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk 5 oyunluq cəzalandırıla bilər.

Demokrat.az
Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb mütəxəssisin "Kasımpaşa" ilə oyunda işlətdiyi ifadə olub.

Belə ki, 3:3 hesabı ilə başa çatan oyunun son dəqiqələrində VAR-da penalti epizoduna baxan  hakimə Okan Burukun "bu epizoda penalti verən hakim burda bir daha oyun idarə edə bilməz" dediyi iddia olunur.

Türkiyə Futbol Federasiyası bunu "təhdid" kimi dəyərləndirib. Bununla bağlı qurumun İntizam Komitəsi qərar verəcək.

İdman hüququ üzrə vəkil Emin Özkurt bildirib ki, TFF-nin Okan Buruka 5 oyun cəza verməsi gözlənilir. Baş məşqçi həmçinin 50 mindən 500 min lirəyə qədər cərimə oluna bilər.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top