Azərbaycan millisinin üzvü əməliyyat olunub

İDMAN 02 oktyabr 2024, 18:00
Qılıncoynatma üzrə Azərbaycan millisinin üzvü Anna Başta əməliyyat olunub.

Bu barədə "Report"a Azərbaycan Qılıncoynatma Federisiyasının mətbuat xidmətinin rəhbəri Kənan Hakimov məlumat verib.

28 yaşlı sablyaçı apreldə keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda ayağından aldığı zədəyə görə Rusiyanın Sank-Peterburq şəhərində əməliyyat edilib.

Hazırda idmançının durumu yaxşıdır. Həkimlər onun 2025-ci ilin yanvar-fevral aylarında məşqlərə qatılacağını bildirib.

Qeyd edək ki, Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 finalında uduzaraq yarışı medalsız başa vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top