Bakı-Lənkəran marşrutu üzrə yolsuzluq avtomobillərinin yürüşü keçirilib — FOTOLAR

GÜNDƏM 01 oktyabr 2024, 22:11
Sentyabrın 28-də Azərbaycan Avtomobil Federasiyası (AAF), Nazar Holdings və Avtolüks Azərbaycanın təşkilatçılığı ilə Bakı-Lənkəran marşrutu üzrə Defender markalı yolsuzluq avtomobillərinin yürüşü keçirilib.

Oxu.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzindən başlayan yürüş Lənkəran rayonunda başa çatıb. Yürüş sonrası tədbir iştirakçılarına əyləncə proqramı təşkil edilib, təşkilatçılar adından sertifikat və hədiyyələr təqdim olunub.

Yürüş çərçivəsində Lənkəran rayonu üzrə şəhid ailələrinə sovqat və hədiyyələr də təqdim edilib.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top