TEKNOFEST yenidən Azərbaycanda keçirilə bilər

İKT 02 oktyabr 2024, 19:18
Gələcəkdə TEKNOFEST bütün türk dünyasında keçiriləcək.Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktar Adanada təşkil olunan “TEKNOFEST 2024”ün açılış mərasimində çıxışı zamanı deyib ki, qarşıdakı illərdə bu tədbirin Şimali Kiprdə də təşkil edilməsi nəzərdə tutulur.

Hərbi ekspert Ədalət Verdiyev TEKNOFEST-in önəmini Demokrat.az-a şərh edərkən deyib ki, bu festival gənc nəslin aviasiya, kosmik texnologiyalar, pilotsuz vasitələr, robot texnikasına marağının artırılması və bacarığının nümayiş etdirilməsi üçün geniş platforma təqdim edir:

“Bu festivalda pilotlu, pilotsuz aviasiya uçuşları, helikopterlərin, qırıcı təyyarələrin uçuşları nümayiş etdirilir. Gələcək illərdə bu festivalın yenidən Azərbaycanda keçirilməsi mümkündür. Növbəti illərdə TEKNOFEST-in digər Türk Dövlətləri Təşkilatı ölkələrində keçirilməsi ilə bağlı verilən açıqlamalar onu deməyə əsas verir ki, festivalın əhatə dairəsi genişlənəcək. Növbəti dəfə Qazaxıstan və ya Özbəkistanda keçirilməsi gözləniləndir. İldən-ilə festivala maraq artır. 

Gələcək peşəkar kadrların formalaşmasında bu tədbir əhəmiyyətli rol oynayır. Gənclərin elm və texnologiyaya marağını artırır. 

Texnologiya və müdafiə sənayəsi ilə məşğul olan şirkətlər öz məhsullarını daha geniş auditoriyaya təqdim etmək imkanı əldə edir. TEKNOFEST türk dünyasının gələcəkdə texnologiya və müdafiə sahəsində uğur əldə etməsi üçün mühüm bir platforma olaraq əhəmiyyət daşıyır”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top