Apple iPhone 16-nın buraxılmasına hazırlığın aktiv mərhələsinə başlayıb və 88-90 milyon smartfon istehsalı üçün təchizatçılardan komponentlər sifariş edib.
Demokrat.az xəbər verir ki, bu barədə Nikkei Asia məlumat yayıb.
Məlumata görə, bu, keçən ilki 80 milyon ədəd ilkin sifarişdən 10% çoxdur.
Bəzi təchizatçılar bildiriblər ki, onlar 90 milyondan çox cihaz üçün sifariş alıblar, lakin Apple adətən satışlar başlayandan sonra tələblərini tənzimləyir.
Qeyd edək ki, iPhone-un əsas hissəsi Çində istehsal olunacaq, o cümlədən Çin bazarı üçün qurğular, Huawei-nin artan rəqabəti səbəbindən Apple-ı əhəmiyyətli dərəcədə maraqlandırır.
Çin Xarici İşlər Nazirliyi də iPhone ilə bağlı təhlükəsizlik riskləri ilə bağlı “narahatlıqlarını” ifadə edib. “Apple”ın adı açıqlanmayan tədarükçülərindən biri Çin bazarındakı rəqabət və geosiyasi faktorlar səbəbindən böyük sifarişlərə ehtiyatla yanaşdıqlarını qeyd edib.
Mehriban Mirzəzadə
Demokrat.az