Vətəndaşların rəqəmsal səriştələri artırılmalıdır — AÇIQLAMA

İKT 17 sentyabr 2024, 20:42
 Xəbər verdiyimiz kimi,yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimat mərasimi keçirilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov qeyd edib ki, bu ilin sonuna qədər Azərbaycanda vətəndaşlara fiziki formada göstərilən xidmətlərin 15 %-nin rəqəmsal formaya keçirilməsi hədəflənir. Rəqəmsal formada göstərilən xidmətlər vətəndaşlara hansı üstünlükləri qazandıracaq? 

İnformasiya-kommunikasiya mütəxəssisi Elvin Abbasov Demokrat.az-a açıqlamasında qeyd etdi ki, ölkəmizdə rəqəmsal tərəqqi davam etməkdədir. Və sadəcə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində deyil, rəsmi qurumların bir çoxunda rəqəmsal həllər, rəqəmsal tərəqqi paralel vəziyyətədə davam etməkdədir: - Bu gün RİNN “mygov” rəqəmsal hökumət platformasını təqdim edib. Bu rəqəmsal platfrma  vətəndaş yönümlü bir çox xidmətləri əhatə edir. Bildiyiniz kimi platfiormanın fəlsəfəsi 3 həyat hekayəsi üzərində qurulub: Doğum, nikah, ölüm. Vətəndaşlar 4 sənədi istənilən zaman, heç bir quruma şəxsən getmədən, evdə olduqları halda, ən ucqar bölgələrdə olduqları halda belə, rəqəmsal platforma üzərindən əldə edə və hər hansı digər quruma göndərə biləcəklər. Bu istiqamətdə ölkə üzrə 10-a yaxın sənədlə bağlı elektron qaydada müracət etmək və almaq olur. Bu rəqəmsal sənədlərin bir çox hissəsi mygov-a inteqrasiya olub. Lakin mygov-un funksiyası sadəcə bu sahə üzrə deyil, digər qurumlarla bağlı xidmətləri də almaq mümkündür. Məsələn, rəqəmsal şəxsiyyət vəsiqəsinin birbaşa mygov üzərindən lazımi qurumlara təqdim edilməsi hüquqi tərəfdən əksini tapıb. Yəni, siz birbaşa şəxsən şəxsiyyət vəsiqəsi göstərmədən rəqəmsal şəxsiyyət vəsiqəsi təqdim edə bilərsiniz. Bundan başqa mygov-da kommunal sahələr də var, abunəçiliyi dəyişmək, abunə olmaq mümkündür, digər qurumlarda özünüzə aid məlumatları görə blərsiniz, iş yeri ilə bağlı, ailə tərkibi haqqında və sair. Bu rəqəmsal platfrmada nazirliyin özünün yaratdığı 4 sənəd, ölkə üzrə isə ümumilikdə 10-a yaxın rəqəmsal sənəd var. Digər sənədlərn bir çoxu da nteqrasiya olub, bir çoxları da olacaq. Bu, vətəndaşa və ümumən ölkəyə nə verir? İlk növbədə sənədləşmənin kağız daşıyıcıdan elektron daşıyıcıya keçilməsi ekologiyanın mühafizəsinə yönəlib. İkincisi, vətəndaşların öz evlərindən bir çox sənədi, arayışı rahat bir şəkild əldə etməsi, qurumlarda olan vətəndaşa aid məlumatlara onların özlərinin baxa bilməsi, bankların sorğularını vətəndaşların izləmə imkanı qazandırır.  Vətəndaşlarlar bundan necə istifadə edir, nə qədər rahatdır, vətəndaşların rəqəmsal səriştələri nə yerdədir, hədəflər nələrdir, müəyyən statistika var. Amma məlum məsələdir ki, vətəndaşların rəqəmsal səriştələri artırılmalıdır. “mygov”un istifadəyə verilməsi onu göstərir ki, dövlət təkmil, dayanıqlı, əlçatan, sürətli  sistemlər yaratmaqdadır. 

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top