“Aşıq Ələsgərin duruşu tam fərqli ola bilərdi” — Memar

MƏDƏNİYYƏT 02 oktyabr 2024, 17:41
"Azərbaycanda heykəllərin hazırlanması haqda ictimaiyyət öncədən məlumatlandırılmalıdır, memarlar, rəssamlar, heykəltəraşlar isə layihələrini təqdim etməlidirlər. Daha sonra müzakirələr aparılmalıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında şəhərsalma memarı Cahid Həsənov Aşıq Ələsgərin abidəsi barədə danışarkən bildirib.

O deyib ki, bu cür işləri qapalı şəkildə aparmağın effekti yaxşı olmur:

“Şəxsən mən bir şəhərsalma memarı olaraq, Aşıq Ələsgərin heykəlindən xəbərsizəm. Hər kəs tanınmış heykəltəraş Natiq Əliyevi günahlandırır. Əslində, bu memarın işidir. Bu layihənin necə verilmisindən asılıdır, heykəltəraşdan yox. Biz Natiq müəllimlə müəllifi olduğum çox mühüm heykəllə əlaqəli birgə işləmişik.

Ümumiyyətlə, aşıq duruşu, xüsusən də, Aşıq Ələsgərin duruşu tam fərqli ola bilərdi. 

Fikrimcə, Aşıq Ələsgər aşıq obrazından çox müdrik insan, daha qocaman obrazında olmalı idi”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
Top