Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair saziş ratifikasiya ediləcək

SİYASƏT 02 oktyabr 2024, 20:00
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisə daxil olub.

Demokrat.az xəbər verir ki, layihə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top