İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib

XARİCİ SİYASƏT 02 oktyabr 2024, 18:03
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda Bakıda keçirilən növbəti beynəlxalq konfrans başa çatıb.

Demokrat.az xəbər verir ki, beynəlxalq konfransda 4 mövzu ətrafında panel sessiyalar keçirilib.

Bunlar aşağıdakılardır:

- Etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi

- Ailələrin “həqiqəti bilmək” hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması

- İtkin düşmüş şəxslərin ailələrinin təcrübələri: onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi və cavablandırılması, əməkdaşlıq və tərəfdaşlıq sahələri

- İtkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər.

Panel müzakirələri başa çatandan sonra konfransın yekun bəyanatı qəbul edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2024, 18:36
Top