ABŞ Türkiyəni yeni sanksiyalarla hədələdi

DÜNYA 17 oktyabr 2019, 10:20

Ankara Suriyanın şimalındakı "Sülh bulağı" əməliyyatını dayandırmazsa, ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək.

 

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib.

 

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, vitse-prezident Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək danışıqlar uğurla yekunlaşmazsa, Türkiyə iqtisadiyyatını "dağıdıcı" nəticələr gözləyir.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top