Zeynal Əmrəliyev: “Biz bu gün üçün şəhidlərimizə və qazilərimizə borcluyuq”

GÜNDƏM 27 sentyabr 2024, 16:09
“27 sentyabr 44 günlük müharibə Azərbaycan xalqının tarixi yaddaşında hər zaman qalacaq mühüm bir hadisədir. Bu Ali Baş Komandanın başçılığı altında Azərbaycan ordusunun keçirdiyi müzəffər bir əməliyyatdır”

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, bu gün Azərbaycan tarixinə əbədi şəkildə həkk olunacaq , mühüm əhəmiyyətli çox böyük bir əməliyyatın baş tutduğu gündür:

“Bu müharibə strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki bu heç bir beynəlxalq hüquqi sənəd pozulmadan həyata keçirilmiş bir əməliyyat idi. Dünyanın müasir tarixində ilk müharibə idi ki, burada insan hüquqlarına zidd heç bir hadisə qeydə alınmadı. Yəni əməliyyat çox peşəkarcasına aparıldı. Nəticə etibarilə də Azərbaycan sürətli və mərhələli şəkildə öz ərazi bütövlüyünü bərpa etdi. Torpaqlarımızın azad edilməsi, Azərbaycan tarixində, regionda mühüm əhəmiyyətli bir hadisə oldu. Bununla da postsovet məkanında seperatizmə çox ciddi şəkildə zərbə vuruldu. Həmçinin Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə qlobal qaçaqmalçılığın, narkotizmin də qarşısını aldı. Burada keçmiş seperatçıların ərazilərində bir çox  cinayət faktları var idi ki, Azərbaycan torpaqları azad etməklə həmin cinayətkar şəbəkələri də yer üzündən sildi. Torpaqlarımızın azad edilməsi, ümumilikdə region üçün Azərbaycan Respublikası üçün iqtisadi əhəmiyyəti də böyükdür və ekoloji cəhətdən də mühüm əhəmiyyətə malikdir. Dünyanın meşə massivinin mühüm hissəsi məhz bu ərazilərimizdə yerləşir. Xüsusilə də, Zəngilan meşələrini ermənilər darmadağın etdilər. Şübhəsiz ki, biz bugünkü günə  görə şəhidlərimizə, qazilərimizə borcluyuq. Məhz onların sayəsində bu torpaqlar azad edildi. Biz gələcəkdə də, yüzilliklər, minilliklər boyu da bu hadisəni unutmayacağıq”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top