"Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi" — ATXƏM sədri

GÜNDƏM 20 sentyabr 2024, 14:05
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür.

Bildiyimiz kimi bu bayram ölkəmizdə ilk dəfədir qeyd olunur.

2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu məhv edərək tarixi Zəfər qazandı.

Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünü bərpa etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu.

2023-cü il sentyabrın 19-da erməni terrorçuları tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısınının alınması üçün antiterror əməliyyatı həyata keçirildi və beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.

Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Dövlət Suverenliyi Günümüz mübarək olsun!

ATXƏM İB-nin sədri
İlham İsmayılov

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top