Trampa sui-qəsddə şübhəli bilinən şəxsi 20 ilə qədər həbs cəzası gözləyir

DÜNYA 16 sentyabr 2024, 23:40

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Rayan Uesli Root iki maddə üzrə 20 ilə qədər həbs cəzası ala bilər.

Bu barədə məhkəmə sənədində deyilir.

Açıqlamaya görə, Rootu 15 il həbs və odlu silah ittihamına görə 50.000 dollar cərimə gözləyir.

Silahın silinmiş seriya nömrəsinə malik olması ilə bağlı ikinci ittiham beş il həbs cəzası və 250.000 dollar cərimə ilə nəticələnə bilər.(APA)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top