İsrail ordusu Qəzzada məktəbə hücum etdi — Qərargah kimi istifadə edilib

DÜNYA 15 sentyabr 2024, 20:59
İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadının Qəzza zolağının Beyt Hanun şəhərindəki qərargahına hücum edib.

Bizim.Media xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, bu obyekt həmin ərazidəki keçmiş məktəblərdən birinin ərazisində yerləşib.

“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarını rəhbər tutaraq, HƏMAS-ın nəzarət və komanda mərkəzinə hədəfli zərbə endirib. Bu məkan əvvəllər Beyt Hanunda Raazi eş-Şua məktəbi kimi istifadə edilib” – məlumatda deyilir.

İsrail ordusunun məlumatına görə, HƏMAS-ın bu qərargahı son həftələrdə İsrail Dövləti qoşunlarına qarşı raket hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat sığınacağı və yer kimi istifadə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top