Azərbaycanın Avropa Şurasını tərk edəcək?

GÜNDƏM 14 sentyabr 2024, 17:40
Azərbaycanın Avropa Şurasını tərk etməsi mümkün variantdır. Çünki bu qurumun Azərbaycana qarşı  sərgilədiyi ikili standartlar və qərəzli mövqeyi açıq aşkar rəsmi Bakını bu istiqamətdə addımlar atmağa vadar edir. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O bildirib ki, bu təşkilatdan bu günə qədər xüsusi bir xeyir görməmişik:

“Bu qurum bizim torpaqlarımız işğalda olarkən bu istiqamətdə Ermənistana xüsusi təzyiqlər edildi və Ermənistanın işğalçılıq fəaliyyətini rəsmi şəkildə dilə gətirmədilər. Paralel olaraq da, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra Azərbaycana qarşı bu təşkilatdan açıq-aşkar qərəzli mövqelər səsləndirilməyə başladı. Sanki biz Ermənistanın torpaqlarını işğal etmişik kimi davranmağa başladılar. Həmçinin AŞPA-da bizim əleyhimizə  aparılan kampaniyaları nəzərə alsaq, Azərbaycanın Avropa Şurasını tərk etməsi zərurət halını alıb. Bunun məsuliyyətini də birbaşa qurumun özü daşıyır. Faktiki olaraq Avropa Şurasının bu gün fəaliyyətinə baxdıqda görə bilərik ki,  ciddi mənada erməni lobbisini və diasporasının korrupsiyasına qoşulub. Qurumun özünün də üzvləri fəaliyyət göstərən nümayəndələrinin korrupsiya hallarında adlarının tez-tez hallanması bu qurumun fəaliyyətində ciddi nöqsanların olduğunu göstərir. Azərbaycan bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu və səmərəli əməkdaşlıqda maraqlıdır. Amma Azərbaycan maraqlarını heçə saymaq, Azərbaycana qarşı haqsızlıq etmək ikili standartlar tətbiq etmək rəsmi Bakının xarici siyasətinə ziddir və biz belə təşkilatlarla yolumuzu davam etmək məcburiyyətində deyilik. Azərbaycan bütün təşkilatlara yalnız fayda verən bir ölkədir”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 15:59
Top