TƏBİB Ramiz Zeynalovun qardaşının ölümü ilə bağlı məlumat yaydı

GÜNDƏM 11 sentyabr 2024, 15:21
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun vəfatı ilə bağlı məlumat yayıb.

 Demokrat.az-ın məlumatına görə, qurumdan bildirili ki, həkiməqədər ölüm faktı qeydə alınıb.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11 sentyabr saat 13:00-da Binəqədi rayonu ərazisindən 80 yaşlı şəxsin (kişi cinsli) ölümünün təsdiqlənməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb"- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Tofiq Zeynalov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top